Bakı.Trend:
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində - yolun 147-ci kilometrliyində sürüşmə hadisəsi baş verib.
Trend-in məlumatına görə, sürüşmə, əsasən, yolun bir hərəkət zolağında qeydə alınıb.
Nəticədə yolun mühafizə zolağı və çiyin hissəsi yararsız vəziyyətə düşüb. İkizolaqlı avtomobil yolunun bir hissəsi bağlanıb.
Hazırda əraziyə xəbərdaredici nişanlar yerləşdirilib.
