Bakı. Trend:
2024-cü ildə Avropa İttifaqı ölkələrində 9 mindən çox insan alveri qurbanı qeydə alınıb, onların 63 faizini qadınlar təşkil edib. ATƏT məkanında isə təkcə 2024-cü ildə 30 min insan alveri qurbanı müəyyən edilib.
Trend-in məlumatına görə, bunu Milli Məclisin komitə sədri Zahid Oruc İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.
Komitə sədri vurğulayıb ki, son illərdə xüsusilə onlayn mühitdə cinsi istismar hallarında kəskin artım var:
“Rəqəmlər göstərir ki, insan alveri qlobal miqyasda genişlənməkdə davam edir və yeni formalar alır. Xüsusilə rəqəmsal texnologiyaların inkişafı cinayətkar şəbəkələr üçün üstün imkanlar açır”.
