Baı. Trend:
İran ordusu ilə Bəndər Abbas limanı yaxınlığındakı Qeşm adasında körpüyə hücum etməyə cəhd edən qüvvələr arasında atışma baş verib.
Trend-in məlumatına görə, bu barədə İran mediası xəbər verib.
Məlumata əsasən, hücumun hədəfi Qeşm adasındakı Bəhmən körpüsünün kommersiya hissəsi olub.
Bundan əvvəl Bəndər Abbas sakinlərinin şəhərin müxtəlif ərazilərində partlayış səsləri eşitdikləri barədə məlumatlar yayılıb.
