Bakı. Trend:
2025-ci ildə Azərbaycanda 189 min nəfər işlə təmin olunub.
Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.
Bildirilib ki, 2025-ci ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən 189 min nəfər işlə təmin olunub, işsiz kimi qeydiyyata alınmış 10 800 şəxsə sığorta ödənişi təyin edilib, 6 964 nəfər haqqı ödənilən ictimai işlərə, 1 763 nəfər əmək haqqının birgə maliyyələşdirilməsi proqramına, 16 827 nəfər özünəməşğulluq proqramına, 18 368 nəfər əmək bazarının tələblərinə cavab verən peşə və ixtisaslar üzrə hazırlıq kurslarına cəlb edilib.
