Fransanın "Şarl de Qoll" aviadaşıyıcısı Qırmızı dənizə çatıb

Dünya xəbərləri Materials 7 May 2026 23:41 (UTC +04:00)
Fransanın "Şarl de Qoll" aviadaşıyıcısı Qırmızı dənizə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı Qırmızı dənizə daxil olub.

Trend xəbər verir ki, bu barədə BFMTV telekanalının efirində Fransa Müdafiə Nazirliyi yanında deleqat-nazir Alis Rüfo bildirib.

“Hal-hazırda aviadaşıyıcı Suveyş kanalından keçir və Qırmızı dənizdədir. Bu ilkin yerləşdirilmədir”, -deyə deleqat- nazir qeyd edib.

O, xatırladıb ki, bundan əvvəl gəmi Fransanın müttəfiqləri - Fars körfəzi ölkələrinə dəstək missiyası çərçivəsində Aralıq dənizinin şərq hissəsində mövqe tuturdu.

Rüfonun fikrincə, bu yerləşdirilmə Fransanın Hörmüz boğazında təhlükəsiz dəniz nəqliyyatının təmin edilməsi məsələsində hərəkətə keçməyə hazır olduğuna dair güclü siqnaldır. “Biz münaqişənin tərəfi olmadan belə, buna görə məsuliyyəti üzərimizə götürməyə hazırıq”,- deyə deleqat-nazir vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti