Pentaqon süni intellekt sahəsində 500 milyon dollarlıq müqavilə bağlayıb

Dünya xəbərləri Materials 7 May 2026 06:30 (UTC +04:00)
Pentaqon süni intellekt sahəsində 500 milyon dollarlıq müqavilə bağlayıb

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi “Scale AI” şirkəti ilə yarım milyard dollar dəyərində müqavilə imzalayıb.

Trend-in “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, razılaşma ABŞ ordusunda məlumatların emalı və qərarvermə proseslərində süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsini nəzərdə tutur.

Bildirilir ki, bu müqavilə “Scale AI”nin 2025-ci ilin sentyabr ayında Pentaqonla bağladığı əvvəlki müqavilədən beş dəfə böyükdür. Şirkətin dövlət sektoru əməliyyatları üzrə rəhbəri Dan Tadross qeyd edib ki, yeni razılaşma ABŞ Müdafiə Nazirliyinin müasir süni intellekt alətlərinin əməliyyatlara inteqrasiyasına ciddi önəm verdiyini göstərir.

“Bloomberg” həmçinin xatırladıb ki, yanvar ayında ABŞ müdafiə naziri Pit Heqset müdafiə qurumunda süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi və bu prosesə mane olan bürokratik əngəllərin aradan qaldırılması ilə bağlı planlarını açıqlamışdı.

Xəbər lenti

Xəbər lenti