Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının köməkçisinin hüquqi statusu yaradılıb.
Trend-in əldə etdiyi məlumata görə, bu, Ali Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola biləcək.
Deputatın köməkçiləri Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına saxlanılacaq.
Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənəcək.
Deputatın köməkçisinə aid əlavə tələblər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin qərarı ilə müəyyən ediləcək.
Qanunun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
