Kənd Təsərrüfatı Nazirliyi alman şirkəti ilə stratej əməkdaşlığa dair Memorandum imzalayıb

İqtisadiyyat Materials 6 May 2026 14:36 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi alman şirkəti ilə stratej əməkdaşlığa dair Memorandum imzalayıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Almaniyanın "John Deere Walldorf International GmbH" şirkəti arasında strateji əməkdaşlığa dair Memorandum imzalanıb.

Trend xəbər verir ki, sənəd 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumu çərçivəsində imzalanıb.

Memorandum kənd təsərrüfatı sahəsində strateji əməkdaşlığın genişləndirilməsini, innovativ texnologiyaların tətbiqini və aqrar sektorda müasir həllərin təşviqini nəzərdə tutur.

Tədbir çərçivəsində həmçinin Kənd Təsərrüfatı Nazirliyi ilə İslam Ərzaq Təhlükəsizliyi Təşkilatı arasında həmin təşkilatın nizamnaməsinin rəsmi imzalanma mərasimi də keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti