BƏƏ və Səudiyyə Ərəbistanı Yaponiyaya sabit neft tədarükü vəd edib

Energetika Materials 6 May 2026 07:32 (UTC +04:00)
BƏƏ və Səudiyyə Ərəbistanı Yaponiyaya sabit neft tədarükü vəd edib

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı Hörmüz boğazının faktiki olaraq blokadasına baxmayaraq, yeni yanaşmalar vasitəsilə Yaponiyaya sabit neft tədarükünü təmin etməyə söz veriblər.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosei Akazava Parisdə keçirilən mətbuat konfransında deyib.

Nazir, xüsusən də BƏƏ-nin Yaponiyanın hazırda azaldılmış neft tədarükünü iyun ayından artırmaq tələbinə "cavabı dəqiqləşdirmək üçün müsbət işlər gördüyünü" bildirib. O, əlavə edib ki, Səudiyyə Ərəbistanı da bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti