"Nəvahi" və "Şəfəq" yarımstansiyaları üzrə 13,3 milyon manatlıq əlavə işlər görüləcək

Energetika Materials 6 May 2026 18:05 (UTC +04:00)
"Nəvahi" və "Şəfəq" yarımstansiyaları üzrə 13,3 milyon manatlıq əlavə işlər görüləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Nəvahi" və "Şəfəq" yarımstansiyalarının tikintisi üzrə əlavə işlər görüləcək.

Trend xəbər verir ki, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq bununla bağlı müvafiq işlərə start verib.

Məlumata əsasən, hazırda ASC sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.

Eyni zamanda qeyd olunan işlərin 13,3 milyon manata başa gələcəyi proqnozlaşdırılıb.

Qeyd edək ki, 500 kV-luq “Nəvahi” yarımstansiyasında işlər tamamlanıb, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması və Səngəçal terminalının elektrikləşdirilməsi üçün Cəbrayılda 330, Səngəçalda isə 220 kV-luq yarımstansiyaların tikintisi yekunlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti