Düşənbədə su konfransının yekunlarına dair 3 sənəd qəbul olunacaq

İqtisadiyyat Materials 6 May 2026 14:59 (UTC +04:00)
Düşənbədə su konfransının yekunlarına dair 3 sənəd qəbul olunacaq
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

“Dayanıqlı İnkişaf üçün Su: 2018-2028” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində Düşənbədə keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransın sonunda üç yekun sənəd qəbul olunacaq.

Trend-in məlumatına görə, bunu Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Düşənbə şəhərində “Dayanıqlı İnkişaf üçün Su: 2018-2028” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, yekun bəyannaməyə konfransın nəticələrinə əsasən qəbul edilmiş əsas siyasi bəyanatlar və prioritet öhdəliklər daxil olacaq.

Səfir qeyd edib ki, həmsədrlərin xülasəsi müzakirələrin, əsas nəticələrin və konfransın işinin yekunlarının hərtərəfli icmalı olacaq.

O əlavə edib ki, “Düşənbə Su Prosesinin BMT-nin 2026-cı il Su Konfransına töhfəsi” adlı sənəd əsas məzmun nəticələrini əks etdirəcək və BMT-nin 2026-cı il Su Konfransına hazırlıq prosesinə birbaşa töhfə verəcək. Qeyd olunan konfransın Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi planlaşdırılır.

Onun sözlərinə görə, yekun bəyannamə konfransın nəticələrinə əsasən qəbul edilmiş əsas siyasi bəyanatları və prioritet öhdəlikləri əhatə edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti