Bakı. Trend:
Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Moldova Respublikasının Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin baş katibi Serciu Qerçü ilə görüşüb.
Azərbaycan iqtisadiyyatının prioritet istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, kənd təsərrüfatı məhsullarının emalı və məhsul ixracının genişləndirilməsi mühüm istiqamətlərindəndir. Ölkəmizdə aqrar sektora müxtəlif mexanizmlərlə dövlət dəstəyi göstərilir, həmçinin yerli məhsulların “Made in Azerbaijan” brendi ilə xarici bazarlarda təşviqi təmin edilir.
Görüşdə Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı, həmçinin, qida və kimya sənayesi sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.
