"Monako" "Barselona"ya 11 milyon avro ödəyəcək

İdman Materials 6 May 2026 19:50 (UTC +04:00)
"Monako" "Barselona"ya 11 milyon avro ödəyəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Monako" "Barselona"dan icarəyə götürdüyü Ansu Fati ilə bağlı qərar verib.

Trend xəbər verir ki, Fransa klubu ispaniyalı vingerin transfer hüquqlarına yiyələnəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Knyazlıq" klubu 23 yaşlı futbolçu üçün 11 milyon avroluq satınalma bəndini işə salacaq.

Qeyd edək ki, "Monako" Ansu Fatini mövsümün əvvəlində icarəyə götürüb. İspaniya millisinin sabiq üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 11 qol vurub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti