Bakı. Trend:
FIFA “Neftçi”yə transfer qadağası qoyub.
Trend xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, Azərbaycan təmsilçisi yeni oyunçuları qeydiyyata ala bilməyəcək.
FİFA-nın məlumatına görə, Bakı klubuna transfer qadağası 5 may 2026-cı ildə qüvvəyə minib.
Ukraynalı Yuri Vernidubun rəhbərlik etdiyi kluba transfer qadağası qarşıdakı üç “transfer pəncərəsi” dönəmində qüvvədə olacaq.
Qərarın konkret səbəbləri hələ açıqlanmayıb. İşin təfərrüatları, eləcə də sanksiyaların tətbiq edilməsi üçün hər hansı maliyyə və ya intizam əsasları məlum deyil.
FİFA siyahısında Türkiyənin “Antalyaspor”, Misirin “Zamalek”, Rumıniyanın “CFR Kluj” və bir sıra digər klublar da yer alıb.