Bakı.Trend:
Tacikistan Azərbaycanla əməkdaşlığı və su ehtiyatlarının davamlı idarə olunması üzrə birgə səylərdə onun iştirakını yüksək qiymətləndirir.
Trend-in məlumatına görə, bunu Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Düşənbə şəhərində “Dayanıqlı İnkişaf üçün Su: 2018-2028” üzrə Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, qarşıdan gələn Düşənbə konfransı praktiki həllərin işlənib hazırlanması, tərəfdaşlıqların möhkəmləndirilməsi və beynəlxalq səylərin səfərbər edilməsi üçün mühüm platformaya çevriləcək.
Səfir Tacikistan və Azərbaycanın birgə səylərinin su sahəsində ümumi məqsədlərə nail olunmasına töhfə verəcəyinə əminlik ifadə edib.
