Ərzaq təhlükəsizliyi üçün Orta Dəhliz boyunca əməkdaşlığın gücləndirilməsi tələb olunur - David Sonqulaşvili

İqtisadiyyat Materials 6 May 2026 19:08 (UTC +04:00)
Ərzaq təhlükəsizliyi üçün Orta Dəhliz boyunca əməkdaşlığın gücləndirilməsi tələb olunur - David Sonqulaşvili
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Ərzaq təhlükəsizliyinin təmin edilməsi səmərəli nəqliyyat dəhlizləri və Orta Dəhliz boyunca əməkdaşlığın gücləndirilməsini tələb edir.

Trend xəbər verir ki, bunu Gürcüstanın Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili bu gün Bakıda keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgi və forumunun ikinci günündə deyib.

“Gürcüstan iqlimə davamlı kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirir, torpaq və su ehtiyatlarının dayanıqlı idarə olunmasına investisiya qoyur və müasir, səmərəli suvarma sistemlərini tətbiq edir.Bu prosesdə texnologiyaların tətbiqi, innovasiyaların təşviqi və beynəlxalq qabaqcıl təcrübə mübadiləsi əsas rol oynayır. Bu səylər bizə yeni iqlim reallıqlarına daha sürətli və effektiv uyğunlaşmağa imkan verir.Bundan əlavə, Gürcüstan beynəlxalq maliyyə institutları ilə fəal əməkdaşlıq edir, suvarma infrastrukturuna iri investisiyalar həyata keçirir, torpaq ehtiyatlarının idarə olunmasını təkmilləşdirir və uzunmüddətli dayanıqlılığı təmin etmək məqsədilə su ehtiyatlarının idarə olunması sahəsində sistem islahatlarını təşviq edir. Siyasətimiz fermerlərin dayanıqlılığının artırılmasına, iqlim risklərinin kənd təsərrüfatına təsirinin azaldılmasına və milli ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlib”,- deyə o bildirib.

Nazir qeyd edib ki, davam edən geosiyasi gərginliklər və regional münaqişələr aqro-ərzaq əlavə dəyər zəncirlərini pozur.

“Bu pozuntular müxtəlif regionlarda ərzağın əlçatanlığına və qiymətlərinə birbaşa təsir göstərir və qlobal ərzaq sisteminin qarşılıqlı asılılığını vurğulayır. Bu kontekstdə regional əməkdaşlıq son dərəcə zəruri önəm daşıyır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi təkcə səmərəli siyasət yox, həm də effektiv nəqliyyat dəhlizləri və etibarlı logistika zəncirləri tələb edir. Bu şəraitdə Gürcüstanın, Azərbaycanın və Orta Dəhlizin rolu mühüm əhəmiyyət daşıyır və bu istiqamətdə yaxşı koordinasiyanın təmin olunması son dərəcə vacibdir",-deyə o, bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti