AMB neft-qaz qiymətləri ilə bağlı proqnozlarını artırıb

Energetika Materials 6 May 2026 11:16 (UTC +04:00)
AMB neft-qaz qiymətləri ilə bağlı proqnozlarını artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bizim proqnozlarımıza görə, 2026-cı ildə neftin 1 barelinin orta qiyməti 84,5 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 324 ABŞ dolları olacaq.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.

"2027-ci il üzrə isə neftin 1 barelinin orta qiyməti 78 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 290 ABŞ dolları olacağını gözləyirik", - o vurğulayıb.

Qeyd edək ki, AMB-nin sonuncu proqnozunda isə 2026-cı ildə neftin 1 barelinin orta qiyməti 64 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 269 ABŞ dolları olacağı, 2027-ci il üzrə isə neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin qiyməti isə 254 ABŞ dolları olacağı açıqlanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti