Bakı.Trend:
Bu ilin aprel ayında "Android" əməliyyat sisteminin Azərbaycan bazarındakı payı ötən ayla müqayisədə 1,6 faiz bəndi azalaraq, 36,32 faizə çatıb.
Trend bu barədə "Global Stats" statistika mərkəzinə istinadən məlumat verir.
Məlumata görə, bu ay Azərbaycanda ən populyar ikinci əməliyyat sistemi isə "Microsoft Windows" olub. Sistemin bazar payı fevral ayı ilə müqayisədə 2,7 faiz bəndi artaraq 29,03 faiz təşkil edib.
Üçüncü yerdə isə 18 faiz bazar payı ilə "iOS" qərarlaşıb (ötən ayla müqayisədə 0,62 faiz bəndi həcmində azalma müşahidə olunub).
Digər əməliyyat sistemlərinin Azərbaycan bazarındakı payı isə 16,65 faiz təşkil edib.
