Bakı. Trend:
"Yelo Bank" karyera pillələrini inamla addımlamaq istəyən dinamik
gənclər üçün qapılarını açır. Bankın hər il böyük maraqla
qarşılanan “Summer Challenge 2026” təcrübə proqramına qeydiyyat
başladı. Bu proqram tələbə və yeni məzunlara müasir bankçılıq
mühitindəreal iş təcrübəsi qazanmaq, peşəkar mentorlardan öyrənmək
və ən əsası – gələcək karyerasını "Yelo" komandasının bir üzvü kimi
davam etdirmək şansı verir.
3 ay davam edəcək təcrübə proqramı çərçivəsində gənclər nəzəri
biliklərini praktiki tapşırıqlarla möhkəmləndirəcək, korporativ
mədəniyyəti daxildən öyrənəcək və komanda işinin effektivliyini
hiss edəcəklər.
İştirakçılar sahib olduqları keyfiyyət və bacarıqlara uyğun olaraq
İnsan Resursları, Satış, Maliyyə və Mühasibatlıq, Proqramlaşdırma,
İnformasiya Texnologiyaları, Brendin İdarəedilməsi və Bankın xidmət
şəbəkəsində təcrübə keçəcəklər.
Namizədlərdən aşağıdakı keyfiyyətlər gözlənilir:
- Təşəbbüskarlıq və daim öyrənməyə həvəs;
- Pozitiv enerji və kreativ düşüncə;
- Nəticəyönümlü yanaşma və komanda ruhu.
Proqrama qoşulmaq istəyənlər 25 may 2026-cı il tarixinədək 3
qısa sualı cavablandıran 60-90 saniyəlik motivasiya videosu çəkərək
qeydiyyat formunu doldurmalıdırlar.
Seçim zamanı özünü səmimi ifadə edən və tapşırığa yaradıcı yanaşan
namizədlərə üstünlük veriləcək. Yayını həm əyləncəli, həm
dəkaryeran üçün səmərəli keçirmək istəyirsənsə, “Summer Challenge”
sənə parlaq bir başlanğıc vəd edir. Müraciət üçün tələsin: https://ylb.az/summerch2026.
Yelo Bank
vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook,
Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!