Azərbaycanın 5 yaşlı uşaqları riyazi bacarıqlarına görə səkkiz ölkə arasında ikinci yeri tutur

Cəmiyyət Materials 5 May 2026 15:41 (UTC +04:00)
Azərbaycanın 5 yaşlı uşaqları riyazi bacarıqlarına görə səkkiz ölkə arasında ikinci yeri tutur
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 5 yaşlılar üzrə aparılan beynəlxalq tədqiqatın nəticəsi açıqlanıb.

Trend xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair təhsil mütəxəssisləri və media nümayəndələri üçün məlumatlandırma sessiyasında bildirib.

Onun sözlərinə görə, IELS 2025 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində Azərbaycan iki böyük şəhərlə - Bakı və Sumqayıt şəhərləri ilə iştirak edib:

"Bakı və Sumqayıt üzrə ümumilikdə 2731 nəfər 5 yaşlı uşaq iştirak edib. İmtahan mərhələsində 1311 nəfər qız (47.9 faiz), 1420 nəfər oğlan (52.1 faiz) iştirak edib.

Tədqiqatlar Azərbaycanla birlikdə Braziliya, İngiltərə, Belçika, Koreya, Malta, Niderland və Birləşmiş Ərəb Əmirliklərinin məktəbəqədər uşaqlarını əhatə edib.

Tədqiqat göstərir ki, Azərbaycanda beşyaşlı uşaqlar səkkiz ölkə arasında ikinci yerdə qərarlaşır. Bizim uşaqların riyazi göstəriciləri oxuyub-anlama nəticələrindən daha yüksəkdir. Riyazi qabiliyyətinə görə Azərbaycanlı beşyaşlılar yalnız Koreyadan geri qalır".

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı (IELS) müxtəlif ölkələrdə uşaqların erkən öyrənməsinin gələcəkdə müsbət nəticələrini ən yaxşı şəkildə proqnozlaşdıran sahələri əhatə edir. Tədqiqat, eyni zamanda uşaqların fərdi xüsusiyyətləri, ev mühiti və erkən uşaqlıq təhsili, həmçinin qayğı göstərmə təcrübələri ilə bağlı mühüm kontekstual məlumatları da toplayır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti