AYNA Bakıda müvəqqəti xüsusi zolaqların yaradılmasına başladı

Cəmiyyət Materials 5 May 2026 11:17 (UTC +04:00)
AYNA Bakıda müvəqqəti xüsusi zolaqların yaradılmasına başladı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

AYNA tərəfindən WUF-la əlaqədar 41,5 km uzunluğunda müvəqqəti əlavə xüsusi hərəkət zolaqlarının təşkili prosesinə başlanılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov WUF13 çərçivəsində nəqliyyatın idarə olunması planının təqdimatına həsr olunmuş brifinqdə məlumat verib.

AYNA rəsmisi bildirib ki, həmin zolaqlar müvafiq yol nişanları quraşdırıldıqdan sonra aktiv olacaq.

“Hələlik digər avtomobillər də bu zolaqlardan istifadə edə bilirlər. Hazırda zəruri nişanlama xətlərinin çəkilməsi həyata keçirilir.

Tədbir müddətində yollarda tənzimləmənin təmin edilməsi məqsədilə bəzi marşrutların hərəkət istiqaməti dəyişdiriləcək. Xüsusilə Koroğlu habında bəzi avtobusların dayanacaq məntəqələrinin yerləri dəyişdiriləcək”, – deyə o qeyd edib.

E.Məcidov əlavə edib ki, tədbir günlərində qırmızı rəngli Baku taksi xidmətinə aid nəqliyyat vasitələrindən, həmçinin fərdi taksilərdən istifadə olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti