Bakı. Trend:
Azərbaycanda yetişdirilən yerli arpadan istehsal olunan tam alkoqolsuz Xırdalan 0.0 pivəsi mayın 3-də keçirilən Bakı Marafonunun əsas tərəfdaşlarından biri olub.
“Küləyə qalib gəl” şüarı altında doqquzuncu dəfə keçirilən Bakı Marafonu bu il ilk dəfə 42 kilometrlik məsafədə təşkil olunub. Belə ki, marafonun start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə Sea Breeze ərazisində təyin edilib.
Hər il olduğu kimi böyük maraqla qarşılanan marafon sağlam həyat
tərzini təşviq etməyə davam edib.
“Bakı Marafonu - 2026”ın mükafatlandırması iki kateqoriya üzrə
həyata keçirilib. Marafonun kişi və qadın iştirakçıları qaçış
zolağında ilk 3 yer uğrunda mübarizə aparıblar. Hər iki kateqoriya
üzrə 1-ci yerin qalibi 6 000 AZN, 2-ci yerin qalibi 4 000 AZN, 3-cü
yerin qalibi isə 2 000 AZN məbləğində pul mükafatı və hədiyyələrlə,
eləcə də medal və sertifikatlarla təltif olunublar.
Xırdalan 0.0-ın dəstəyi ilə futbol üzrə Azərbaycan milli komandasının üzvü Rüstəm Əhmədzadə, futzal üzrə Azərbaycan milli komandasının üzvü Cavad Məmmədov, həmçinin tanınmış idman influenseri və Xırdalan 0.0 brendinin ambassadoru Nuqzar Kvirtiya brend zonasında iştirak ediblər. Onların iştirakı ilə marafona qoşulanlar üçün maraqlı və əyləncəli idman yarışları təşkil olunub.
Carlsberg Azerbaijan-ın Baş direktoru Krasimir Lazarov bildirib: “Bakı Marafonuna ildən-ilə artan maraq bizi olduqca sevindirir və bu möhtəşəm tədbirin tərəfdaşı olmaqdan qürur duyuruq.
Bildiyiniz kimi, Xırdalan 0.0, Azərbaycanda istehsal edilən ilk 0.0% alkoqollu pivədir və marafon iştirakçılarına klassik pivə dadını qoruyaraq təravətlənmək imkanı təqdim edir. Bakı Marafonunda birinci dəfədir iştirak edirəm və bu, mənim üçün əvəzsiz təcrübədir. Eyni həyəcanı bölüşmək üçün finiş xəttində komanda yoldaşlarımı gözləyirəm”.
Qeyd edək ki, Bakı Marafonu 2026-nın tərəfdaşı Xırdalan 0.0. pasterizə olunmuş açıq rəngli alkoqolsuz pivədir. Tərkibində konservant yoxdur. Keyfiyyətli mayadan hazırlanmış zəngin ətirli və nəfis dadlı lager pivəsi Xırdalan 0.0 artıq istehlakçılar tərəfindən böyük rəğbət qazanıb.