Azərbaycanda dərman istehsalının lokallaşdırılması üçün yeni imkanlar yaranır - Səfir

Cəmiyyət Materials 4 May 2026 11:09 (UTC +04:00)
Azərbaycanda dərman istehsalının lokallaşdırılması üçün yeni imkanlar yaranır - Səfir
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Macarıstanın iki ən böyük əczaçılıq şirkəti Azərbaycanın müstəqilliyinin ilk illərindən - 1996-cı ildən etibarən bu ölkədə fəaliyyət göstərir.

Trend xəbər verir ki, bu fikirləri Macarıstanın Azərbaycandakı səfiri Tamas Jozef Torma “Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah” II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.

""Richter", "Gedeon" və "Egis" Azərbaycan bazarında mühüm orijinal və generik dərman məhsulları ilə təmsil olunurlar. Macarıstandan Azərbaycana ixracın yarısını məhz əczaçılıq məhsulları təşkil edir. Qürurla qeyd etmək istərdim ki, bu şirkətlərin əksəriyyəti əməkdaşlığı davam etdirməyə və daha da inkişaf etdirməyə sadiqdirlər.

Bu səbəbdən müqavilə əsasında qablaşdırma və istehsalın yaxın zamanda əhəmiyyətli tibbi məhsullarla başlaması mümkündür və bu da Azərbaycanda əczaçılıq istehsalının lokallaşdırılması prosesinə mühüm töhfə verəcək”, - deyə o bildirib.

Səfir qeyd edib ki, bu gün səhiyyə və əczaçılıq istehsalında rəqəmsallaşma və süni intellekt transformasiyası ilə bağlı beynəlxalq və Macarıstan təcrübələri üzrə fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti