İspaniya Baş nazirini daşıyan təyyarə Ankarada təcili eniş edib

Dünya xəbərləri Materials 4 May 2026 02:26 (UTC +04:00)

Bakı. Trend:

Madriddən Yerevana gedən İspaniya Baş naziri Pedro Sançesi daşıyan təyyarə texniki nasazlıq səbəbindən Ankaraya təcili eniş edib.

Trend-in məlumatına görə, bu barədə "TRT Haber" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Sançesi daşıyan A310 təyyarəsindəki texniki problemlər ciddi hesab edilmir.

Bildirilib ki, İspaniya Baş naziri mayın 4-ü gecəni Türkiyə paytaxtında keçirəcək, bundan sonra isə uçuşunu İrəvana davam etdirəcək və orada Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti