Bakı Marafonunda idman ruhu və dəstək hiss olunur – Rusiyadan olan iştirakçı

Cəmiyyət Materials 3 May 2026 12:11 (UTC +04:00)
Bakı Marafonunda idman ruhu və dəstək hiss olunur – Rusiyadan olan iştirakçı
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

"Bakı Marafonu 2026"da idman ruhu və dəstək aydın hiss olunur.

Bunu bazar günü Trend-ə Rusiyadan olan iştirakçı Yelena Tolstıx deyib.

“Mən ilk dəfə Azərbaycana gəlmişəm və Bakı Marafonunda iştirak edirəm. Ümumilikdə təəssüratlarım yaxşıdır, atmosfer çox istidir. İnsanlar mehribandır, idman ruhu və dəstək hiss olunur”, – deyə o bildirib.

Rusiyalı iştirakçı qeyd edib ki, məsafədən maraqlı bir qaçış və, əlbəttə, yeni emosiyalar gözləyir.

“Ayrıca bir amil küləkdir, deyildiyinə görə, bu, müəyyən çətinlik yarada bilər, amma bu da marafon təcrübəsinin bir hissəsidir. Ümumilikdə isə buraya gəldiyimə və burada iştirak etdiyimə görə şadam”, – deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti