Diplomatik korpusun nümayəndələri Laçında aqro-sənaye parkına baş çəkiblər (FOTO)

Cəmiyyət Materials 2 May 2026 12:58 (UTC +04:00)
Diplomatik korpusun nümayəndələri Laçında aqro-sənaye parkına baş çəkiblər (FOTO)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Laçın.Trend:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçında Zerti Aqro-Sənaye parkında olublar.

Trend xəbər verir ki, onlar parkın ərazisindəki fəaliyyət göstərən tikiş, mebel və ayaqqabı fabrikləri, efir yağları istehsalı və heyvandarlıq müəssisələri, eləcə də istixana və tinglik komplekslərinin fəaliyyəti ilə tanış olublar.

Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edirlər.

İki gün davam edəcək səfər Xankəndi şəhərini, həmçinin Xocalı, Şuşa və Laçın rayonlarını əhatə edir.

Səfər zamanı iştirakçılar regionda aparılan yenidənqurma və bərpa işləri ilə yerindəcə tanış olmaq, habelə sosial və iqtisadi əhəmiyyətli obyektləri ziyarət etmək imkanı əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti