"Real"ın kapitanı iki həftə oynamayacaq

İdman Materials 2 May 2026 16:20 (UTC +04:00)
"Real"ın kapitanı iki həftə oynamayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Real"ın kapitanı Dani Karvahal sıradan çıxıb.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı futbolçunun ayaq barmağında sınıq aşkarlanıb. 34 yaşlı sağ cinah müdafiəçisi iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Dani Karvahal bu mövsüm "Real"ın heyətində 20 matçda meydana çıxıb. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti