Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə 16,785 milyon manat sığorta haqqı toplanılıb.
Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,037 milyon manat və ya 6,6% çoxdur.
Hesabat dövründə KASKO sığortası üzrə ödənişlər isə 1,772 milyon manat və yaxud 26,8% artaraq 8,387 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar-mart aylarında KASKO sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 50 manatı müştərilərə geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyon manat məbləğində sığorta haqqı toplanıb. Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 18,7 milyon manat və ya 4,7% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 218,456 milyon manat təşkil edib. Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 54,4 milyon manat və ya 33,2% çoxdur.
