Ötən gün ⁠cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Hadisə Materials 2 May 2026 13:05 (UTC +04:00)
Ötən gün ⁠cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Mayın 1-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 44 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

⁠Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti