Rumıniya sərhədə yaxınlaşan Rusiya dronlarına görə "F-16"-ı havaya qaldırıb

Dünya xəbərləri Materials 2 May 2026 13:40 (UTC +04:00)
Rumıniya sərhədə yaxınlaşan Rusiya dronlarına görə "F-16"-ı havaya qaldırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə Rumıniya ordusu sərhəd yaxınlığında yerləşən Ukraynanın İsmayıl şəhərinə doğru uçan Rusiya dronları ilə əlaqədar havaya iki ədəf F-16 qırıcısını qaldırıb.

Trend xəbər verir ki, bu barədə Rumıniyanın Milli müdafiə nazirliyinin saytında məlumat dərc olunub.

Məlumatda qeyd olunur ki, hava polisinin hərbi xidmətindən olan qırıcılar yerli vaxtla 02:00 radələrində Feteşti şəhərində yerləşən 86-cı hava bazasından qaldırılıb.

Yerüstü radarlar Rusiyanın hücumlarında istifadə olunan 20-ə yaxın drondan birinin qısa müddət ərzində Rumıniyanın hava məkanını pozduğunu qeydə alıb.

Qeyd edək ki, Ukrayna müharibəsi fonunda NATO Rumıniyanın hava məkanının monitorinqini gücləndirərək, əlavə erkən xəbərdarlıq sistemləri tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti