ABŞ beş min hərbçisini Almaniyadan çıxarır

Dünya xəbərləri Materials 2 May 2026 09:54 (UTC +04:00)
ABŞ beş min hərbçisini Almaniyadan çıxarır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları Almaniyadan təxminən 5 min hərbçisini çıxaracaq.

Trend xəbər verir ki, bu barədə “CBS News”, “Reuters”, həmçinin “Fox News” jurnalisti Ceki Haynrix “X” sosial şəbəkəsində məlumat verib.

“Qərar Avropada qüvvələrin yerləşdirilməsinin hərtərəfli yenidən nəzərdən keçirilməsinin nəticələrinə, eləcə də hərbi əməliyyatlar teatrının tələbləri və yerlərdəki vəziyyət nəzərə alınmaqla qəbul edilib”,- deyə Haynrix Pentaqonun nümayəndəsi Şon Parnellə istinadən bildirib.

Gözlənilir ki, hərbçilərin çıxarılması prosesi altı aydan bir ilə qədər davam edəcək.

Pentaqonun yüksək vəzifəli rəsmiləri “CBS News”a bildiriblər ki, bu addım ABŞ prezidenti Donald Trampın İranla müharibədə Avropa müttəfiqlərinin ABŞ-yə göstərdiyi dəstəyin səviyyəsindən narazılığının siqnalıdır.

“CBS News”un Pentaqona istinadən verdiyi məlumata görə, 2025-ci ilin dekabr ayına olan vəziyyətə əsasən, Almaniyadakı hərbi bazalarda 36 mindən çox amerikalı hərbçi yerləşdirilib. Bundan əlavə, AFR- ə təxminən 1,5 min ehtiyatda olan hərbçi və 11,5 min mülki əməkdaş ezam olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti