Bakı. Trend:
Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) gimnastları Gürcüstan Gimnastika Federasiyasının təşkil etdiyi “Tbilisi Gimnastikası” açıq festivalında uğurla çıxış ediblər.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, festivalın məqsədi gimnastika idman növünün inkişafı, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi, gənc idmançıların motivasiyasının artırılması və onların peşəkar səviyyəsinin yüksəldilməsi olub.
GAİM-in gimnastları yüksək hazırlıq səviyyəsi nümayiş etdirərək uğurlu nəticələr göstərib, medal və diplomlara layiq görülüblər.
