Bakı. Trend:
2025-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxracı İdarəsinin ixracdan əldə etdiyi gəlirlər 2,8 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın aprel sayına istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2025-ci ilin yanvar-mart aylarında qeydə alınmış göstəricilərlə müqayisədə təxminən 20,2 milyon ABŞ dolları və ya 8,2 dəfə azdır.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına "SOCAR POLYMER" MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:
"AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərenerji" ATSC, "Socar Cape" MMC, "Naxçıvan Enerji" MMC.
