Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında "SOCAR CAPE"in ixracdan əldə etdiyi gəlirlər 430 min ABŞ dolları təşkil edib.
Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın aprel nəşrinə istinadən xəbər verir.
Ötən ilin yanvar-mart aylarında gəlirlərlə bağlı məlumatlar dərc olunmamışdı.
Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına "SOCAR POLYMER" MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar:
"AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərenerji" ATSC, "Socar Cape" MMC, "Naxçıvan Enerji" MMC.
