"FINCA Azerbaijan" BOKT-dan daha bir ekoloji layihəyə dəstək (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2026 11:40 (UTC +04:00)
"FINCA Azerbaijan" BOKT-dan daha bir ekoloji layihəyə dəstək (FOTO)

Bakı. Trend:

Azərbaycanın maliyyə bazarının aparıcı təşkilatlarından olan "FINCA Azerbaijan" BOKT-un əməkdaşları Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti geniş ağacəkmə kampaniyasında iştirak ediblər.

Aksiyanın keçirilməsində əsas məqsəd ətraf mühiti qorumaqla yanaşı yaşıllıq sahələrini artırmaqdır. Ənənəvi formada təşkil edilən ağacəkmə aksiyası ekoloji problemlərlə bağlı mübarizədə, eyni zamanda yaşıl gələcək naminə atılacaq bütün istiqamətlərdə mühüm əhəmiyyət kəsb edəcək.

Bildirilib ki, yeni əkilən ağaclar həm təbiətin balasını qoruyur, həmçinin insanların sağlam mühitdə yaşamasına kömək edir.

"FINCA Azerbaijan" BOKT sosial məsuliyyətini daha dərindən düşünərək bu kimi layihlərdə hər zaman aktivliyi ilə seçilib və gələcəkdə belə layihələrdə yaxından iştrakını uğurla davam etdirəcək.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanmış 13 mart 2023-cü il tarixli “Anlaşma Memorandumu” əsasında həyata keçirilib.

Layihə çərçivəsində 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumi olaraq 1 milyon ağac əkilməsi nəzərdə tutlub.

Xəbər lenti

Xəbər lenti