Maliyyə Nazirliyinin kollegiyasının tərkibi dəyişdi

Cəmiyyət Materials 30 Aprel 2026 14:00 (UTC +04:00)
Maliyyə Nazirliyinin kollegiyasının tərkibi dəyişdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13-dən 15-ə artırılılıb.

Maliyyə Nazirliyinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

  • Azərbaycan Respublikasının maliyyə naziri

Kollegiyanın üzvləri:

  • Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
  • Azərbaycan Respublikası maliyyə nazirinin müavinləri
  • Naxçıvan Muxtar Respublikasının maliyyə naziri
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbəri
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyi Aparatının rəhbərinin müavinləri
  • Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi
  • Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru
  • Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru
  • Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru

Qeyd edək ki, Maliyyə Nazirliyinin Aparatının Büdcə şöbəsinin müdiri, Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri və Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin rəisi kollegiya üzvlüyündən çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti