Bakı. Trend:
2025-ci ildə "Bakı Metropoliteni" QSC sərnişin daşımalarından 116 milyon 461 min manat gəlir əldə edib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 15,7% çoxdur.
Hesabat dövründə Bakı metrosunun xidmətlərindən 226 milyon 800 min nəfər (-1,4%) istifadə edib.
"Bakı Metropoliteni" 1967-ci ildən fəaliyyət göstərir. Metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 27 stansiyadan ibarətdir.
