Bakı.Trend:
Cari ilin birinci rübündə Azərbaycanın bank sektoru 372 milyon manat həcmində xalis mənfəət əldə edib.
Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 118,7 milyon manat və ya 46,9% çoxdur.
Eyni zamanda, hesabat dövründə banklar 521 milyon manat həcmində əməliyyat mənfəəti əldə ediblər. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 118,3 milyon manat və ya 29,4% çoxdur.
Qeyd olunur ki, cari ilin ilk üç ayı ərzində banklar tərəfindən ümumilikdə 84,6 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
