Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2032-ci ilə qədər nominal ÜDM artımı ilə bağlı proqnozlarını təqdim edib

İqtisadiyyat Materials 30 Aprel 2026 18:27 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu Azərbaycanda 2032-ci ilə qədər nominal ÜDM artımı ilə bağlı proqnozlarını təqdim edib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, Azərbaycanın nominal ümumi daxili məhsulu (ÜDM) 2032-ci ilə qədər dayanıqlı artımını davam etdirəcək.

Bu barədə Trend fondun son hesabatına istinadən məlumat verir.

Məlumata görə, Azərbaycanın nominal ÜDM-i 2025-ci ildəki 129,09 milyard manatdan 2026-cı ildə 133,2 milyard manata yüksələcək. Daha sonra göstəricinin 2027-ci ildə 141,2 milyard manata, 2028-ci ildə 149,9 milyard manata, 2029-cu ildə 159,3 milyard manata, 2030-cu ildə 169,3 milyard manata çatacağı və 2031-ci ildə 180,1 milyard manata yüksələcəyi gözlənilir.

Müqayisə üçün qeyd edək ki, ölkənin nominal ÜDM-i 2023-cü ildə 123,13 milyard manat, 2024-cü ildə isə 126,52 milyard manat təşkil edib.

BVF həmçinin Azərbaycanın qeyri-neft ÜDM-də də inamlı artım gözləyir. Proqnozlara əsasən, bu göstərici 2025-ci ildə 92,31 milyard manatdan 2026-cı ildə 101,5 milyard manata yüksələcək. Sonrakı dövrdə isə 2027-ci ildə 110,5 milyard manata, 2028-ci ildə 119 milyard manata, 2029-cu ildə 128,2 milyard manata, 2030-cu ildə 138 milyard manata çatacağı və 2031-ci ildə 148,5 milyard manata qədər artacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti