Bakı. Trend:
Rusiyanın Maqadan vilayətində mədən uçqunu baş verib.
Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, insident Susuman şəhər dairəsində yerləşən Kadıkçanski kömür kəsiyində süxur kütləsinin sürüşməsi nəticəsində baş verib. İlkin məlumata görə, dağıntılar altında səkkizə yaxın insan qalıb.
Hadisə yerinə 16 nəfərdən ibarət yanğınsöndürən heyəti, dağ-mədən xilasetmə qüvvələri və tibb işçiləri, həmçinin altı texnika vahidi cəlb olunub.
