Bakı. Trend:
“Mançester Siti”nin müdafiəçisi Natan Ake yayda klubdan ayrılmaq variantını nəzərdən keçirə bilər.
Trend xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb. İnsayderin məlumatına görə, 31 yaşlı futbolçu bu seçimi araşdırır. Hazırda o, tam diqqətini mövsümün başa çatdırılmasına yönəldib, bundan sonra ayrılıq variantı mümkün görünür.
İtaliya klubları yanvar ayında Ake ilə maraqlanmışdı və danışıqlara yenidən qayıda bilərlər. Natanın hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir.
Cari mövsümdə niderlandlı futbolçu Premyer Liqada 15 oyunda iştirak edib, lakin məhsuldar göstərici ilə yadda qalmayıb.