Mərkəzi Bank mart ayında edilmiş nağdsız ödənişlərin ümumi məbləğini açıqlayıb

İqtisadiyyat Materials 29 Aprel 2026 17:40 (UTC +04:00)
Mərkəzi Bank mart ayında edilmiş nağdsız ödənişlərin ümumi məbləğini açıqlayıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Mart ayı ərzində Azərbaycanda kartlardan istifadə olunmaqla həyata keçirilən daxili nağdsız ödənişlərin həcmi 9,56 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə kartlardan istifadə edilməklə həyata keçirilən daxili nağdsız ödənişlərin həcmi 2,998 milyard manat və ya 47% artıb.

Qeyd olunur ki, həyata keçirilən nağdsız ödənişlərin 8,291 milyard manatı elektron ticarətin payına düşür.

Qalan məbləğin 1,267 milyard manatı POS-terminallar vasitəsilə, 2 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib.

İlin əvvəlindən etibarən ödəniş kartları ilə daxili nağdsız əməliyyatların həcmi ümumi daxili kart əməliyyatlarının 69,7%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti