Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının nümayəndələri Ağ Evdə Amerikanın iri neft-qaz şirkətlərinin rəhbərləri ilə İranla münaqişə nəticəsində yaranmış enerji böhranını müzakirə ediblər
Trend bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, ABŞ administrasiyası tərəfindən görüşdə Ağ Evin aparat rəhbəri Süzan Uayls, maliyyə naziri Skot Bessent, ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff, sahibkar və Trampın kürəkəni Cared Kuşner iştirak ediblər. Korporasiya rəhbərləri arasında “Chevron” şirkətinin baş direktoru Maykl Uirt də yer alıb.
Bildirilir ki, Tramp administrasiyası və ABŞ Konqresindəki respublikaçılar ölkədə benzinin bahalaşmasının siyasi fəsadlarına hazırlaşırlar. Bu artım dünya bazarında neft qiymətlərinin yüksəlməsi və Hörmüz boğazındakı vəziyyət səbəbindən neft tədarüklərinin azalması ilə bağlıdır. Enerji sektorundakı qeyri-müəyyənlik neft-qaz şirkətlərinə də təsir göstərir. Neft qiymətlərinin uzunmüddətli artımı dünya bazarında ABŞ yanacağına tələbi azalda bilər.
