Süni intellekt bəşəriyyətin məhvinə gətirib çıxara bilər - Mask

Dünya xəbərləri Materials 29 Aprel 2026 19:12 (UTC +04:00)
Süni intellekt bəşəriyyətin məhvinə gətirib çıxara bilər - Mask
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellektin inkişafı “Terminator” filmində olduğu kimi bəşəriyyətin məhvinə gətirib çıxara bilər.

Trend xəbər verir ki, bu barədə Amerikalı milyarder, “SpaceX” şirkətinin sahibi İlon Mask danışıb.

“Biz hər şeyin “Terminator” filmindəki kimi başa çatmasını istəmirik. Cin Roddenberrinin “Ulduz yolu” filmindəki kimi bitməsini istəyirik”, - deyə Mask bildirib.

O qeyd edib ki, onun “Neuralink” şirkəti beyin implantlarının hazırlanması zamanı süni intellekt təhlükəsizliyi prinsiplərinə riayət edir. Sahibkarın sözlərinə görə, tədqiqatlar zamanı “insan və süni intellekt simbiozu” yanaşmasından istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti