"PSJ" "Bavariya"nı 5-4 hesabı ilə məğlub edib

İdman Materials 29 Aprel 2026 01:26 (UTC +04:00)
"PSJ" "Bavariya"nı 5-4 hesabı ilə məğlub edib

Bakı. Trend:

UEFA Çempionlar Liqasının yarımfinalının ilk oyununda Fransanın "Pari Sen-Jermen" klubu Almaniyanın "Bavariya" klubunu 5:4 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, görüş Parisdə keçirilib.

"PSJ"nin heyətində qolları Xviça Kvaratsxeliya (24-cü, 56-cı dəqiqə), Joau Neveş (33) və Usman Dembele (45+5, penalti, 58) vurublar. Məğlub komandadan Harri Keyn (17, penalti), Maykl Oliseh (41), Dayot Upamekano (65) və Luis Diaz (68) fərqləniblər.

Cavab oyunu 6 mayda Münhendə keçiriləcək. Digər yarımfinalda İngiltərənin "Arsenal" və İspaniyanın "Atletiko Madrid" komandaları qarşılaşacaq. İlk oyun isə 29 apreldə Madriddə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti