Çexiya–Azərbaycan münasibətlərinin inkişafı üçün geniş perspektivlər açılır – Deputat

Siyasət Materials 28 Aprel 2026 10:41 (UTC +04:00)
Çexiya–Azərbaycan münasibətlərinin inkişafı üçün geniş perspektivlər açılır – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 aprel 2026-cı il tarixində Çex Respublikasının Baş naziri Andrey Babišin ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni və daha intensiv mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, dövlət başçısının vurğuladığı kimi, Azərbaycan ilə Çexiya arasında fəal siyasi dialoqun mövcudluğu və görüşün məhsuldar keçməsi qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərir:

“Bu səfər təkcə diplomatik xarakter daşımır, həm də konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Regional, ikitərəfli və qlobal məsələlər ətrafında aparılan fikir mübadiləsi Azərbaycanın Avropa ölkələri ilə çoxtərəfli və balanslı xarici siyasət kursunun davamı kimi qiymətləndirilməlidir.

İqtisadi əməkdaşlıq sahəsində səsləndirilən fikirlər xüsusi diqqətə layiqdir. Ticarət dövriyyəsinin artıq 800 milyon dolları keçməsi müsbət göstəricidir. Bununla yanaşı, cənab Prezidentin ticarət strukturunun şaxələndirilməsi və daha balanslı modelin formalaşdırılması ilə bağlı çağırışı strateji baxımdan mühüm əhəmiyyət daşıyır”.

Deputat bildirib ki, Çexiyadan Azərbaycana geniş iş adamları heyətinin səfəri və biznes forumun keçirilməsi gələcək investisiya layihələrinin əsasını qoyur:

“Bu, qeyri-neft sektorunun inkişafı, texnologiya transferi və sənaye kooperasiyası üçün yeni imkanlar yarada bilər.

Energetika sahəsində əməkdaşlıq isə iki ölkə münasibətlərinin dayaqlarından biridir. Azərbaycan neftinin Çexiyanın enerji balansında mühüm yer tutması ölkəmizin etibarlı tərəfdaş imicini bir daha təsdiqləyir. Azərbaycan qazının 16 ölkəyə, o cümlədən 10 Avropa İttifaqı üzvünə ixrac olunması ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiq edir. Bu baxımdan əməkdaşlığın yalnız kommersiya deyil, uzunmüddətli strateji tərəfdaşlıq çərçivəsində inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır”.

A.Həsənova qeyd edib ki, müdafiə sənayesi sahəsində mövcud əməkdaşlıq və birgə istehsal perspektivləri isə əlaqələrin yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir:

“Azərbaycanın yerli müdafiə sənayesinin inkişafı və bu sahədə qabaqcıl təcrübəyə malik ölkələrlə ortaq layihələrin həyata keçirilməsi ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Hesab edirəm ki, Hökumətlərarası Komissiyanın fəaliyyətinin intensivləşdirilməsi və institusional mexanizmlərin gücləndirilməsi Azərbaycan–Çexiya münasibətlərinin davamlı və sistemli inkişafına töhfə verəcək. Bu səfər və səsləndirilən bəyanatlar bir daha sübut edir ki, Azərbaycan Avropa ölkələri ilə qarşılıqlı hörmətə və faydaya əsaslanan əməkdaşlıq modelini ardıcıl şəkildə genişləndirir.

Çexiya–Azərbaycan münasibətlərinin qarşısında həqiqətən də geniş perspektivlər açılır və bu əməkdaşlıq həm regional sabitliyə, həm də iqtisadi tərəqqiyə mühüm töhfə verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti