Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Cəmiyyət Materials 27 Aprel 2026 23:48 (UTC +04:00)
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Trend quruma istinadən xəbər verir ki, aprelin 27-i axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi aprelin 29-dək davam edəcək.

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3.5-4.5 m. çatacağı proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti