Bakı. Trend:
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq çərçivəsində ölkəmizdə “TurAz Qartalı - 2026” birgə taktiki-uçuş təlimi başlayıb.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə brifinq zalında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.
Təlim üçün hazırlanmış videoçarx iştirakçılara nümayiş etdirilib.
Daha sonra inzibati məlumatlandırma, icra olunacaq təlim
tapşırıqları haqqında brifinq təqdim olunub.
Qeyd edək ki, təlim iki ölkənin müştərək hava əməliyyatlarının
planlaşdırılması və icrası üzrə qarşılıqlı təcrübə mübadiləsinin
aparılması, şəxsi heyətin peşəkarlığının artırılması və
koordinasiyanın gücləndirilməsi məqsədilə keçirilir.
