Bakı. Trend:
Müxtəlif sahələr üzrə tələblər bəzən bir-birini təkrarlayır və ya zidiyyət yaradır, texnologiyaların inkişaf sürəti nəzərə alınmır.
Trend xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov bu gün Bakıda FHN, SOCAR və AISA-nın iştirakı ilə Texniki normativlərin təkmilləşdirilməsi mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, mövcud qaydalar bəzi hallarda yeni texnologiyaları əhatə etmir: "Risk əsaslı yanaşma yetərincə tətbiq olunmur, bütün obyektlərə eyni yanaşma tətbiq olunur. Halbuki risk səviyyəsi fərqlidir. İcra və nəzarət mexanizmlərində boşluqlar var, normativ var, amma tətbiqi zəifdir. Bu məsələ yalnız nəzarət problemi deyil, real təhlükə yaradır. Məhz buna görə də texniki normativlərin təkmilləşdirilməsi müəyyən prinsiplər üzərində qurulmalıdır.
Birincisi, risk əsaslı yanaşma tətbiq olunmalıdır, yüksək riskli obyektlər daha sərt, aşağı riskli obyektlər isə sadələşdirilmiş tələblər əsasında nəzarət həyata keçirilməlidir.
İkincisi, beynəlxalq standartlara inteqrasiya təmin olunmalı və ya gücləndirilməlidir.
Üçüncüsü, normativlər canlı mexanizmə çevrilməlidir. Onlar statik deyil, mütəmadi yenilənən sistem olmalıdır.
Normativ yalnız yazılmalalıdır, o tətbiq olunmalı və nəticə verməlidir".
