Bakı. Trend:
Çadın şərqində icmalararası toqquşmalar nəticəsində 40-dan çox insan həlak olub.
Trend-in məlumatına görə, bu barədə "Agence France-Presse" agentliyi xəbər verib.
Məlumata əsasən, hadisə Vadi Fira bölgəsində baş verib.
"Münaqişə iki ailə arasında quyu üstündə mübahisədən sonra baş verib", - deyə regional hökumətin nümayəndəsi Brahim İssa Qalmaye bildirib. Onun sözlərinə görə, ən azı 42 nəfər ölüb.
Çadın şərqində torpaq, mal-qara və suya çıxış uğrunda icmalararası qarşıdurmalar adi haldır.